Göygöldə şəhidin medalı ailəsinə təqdim olunub

Göygöldə şəhidin medalı ailəsinə təqdim olunub

Aprelin ilk günlərində cəbhədə gedən döyüşlər zamanı şəhid olan Göygöl sakini, 19 yaşlı əsgər Sərxan Azər oğlu Bağırov müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.

Kəpəz TV (Region TV) xəbər verir ki, bu gün şəhidin medalı rayon ictimaiyyətinin iştirakı ilə keçirilən mərasimdə ailəsinə təqdim olunub. Şəhid Sərxan Bağırov Lələ Təpə yüksəkliyi uğrunda gedən döyüşlərdə artilleriya batareyasının heyət nəfəri kimi xüsusi xidmətləri ilə seçilib. Düşmənə layiqli müqavimət göstərən zaman şəhid olub. 

Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR