Göygöldə çoban itkin düşüb

Göygöldə çoban itkin düşüb

Göygöl rayonunda çoban itkin düşüb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Firuzabad qəsəbəsindəki fermada baş verib.
Həmin fermada özünü kimsəsiz kimi göstərərək çoban işləyən, Şamaxı rayon Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Əlləzov Məmməd İbrahimxəlil oğlu oktyabrın 27-də səhər saatlarında fermadan çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR