Millət vəkili gizli reklamdan danışdı

Millət vəkili gizli reklamdan danışdı


Millət vəkili Qənirə Paşayeva MM-də reklamı qadağan olunan məhsulların gizli reklamı ilə ciddi mübarizəyə çağırıb.

Bu gün Reklam haqqında qanunun ikinci oxunuşu zamanı millət vəkili Qənirə Paşayeva bir sıra təkliflərlə çıxış edib. O deyib ki, çox önəmli olan bu qanunlayihəsinin reklama dair ümumi tələblər maddəsində reklam əmtəə istehlakçılarının bilərəkdən aldatmamalıdır maddəsinə xüsusi diqqət yetirməliyik. Ümumiyyətlə, reklamın əmtəə istehlakçılarını bilərəkdən və ya bilməyərəkdən asılı olmayaraq aldatmaq ixtiyarı yoxdur  və bu aldatma olarsa, bunun üçün reklam verən qurum və yayımçı məsuliyyət daşımalıdır. Eyni maddədə reklam dövlət əleyhinə yönələn açıq çağırışlara təhrik etməməlidir maddəsinə toxunan millət vəkili Qənirə Paşayeva bildirib ki, buraya gizli çağırışları da əlavə etməliyik, çünki reklam dövlət əleyhinə yönələn açıq çağırışlarla yanaşı, gizli çağırışlara da təhrik etməməlidir. Millət vəkili Qənirə Paşayeva gizli reklamla bağlı maddələri daha da sərtləşdirməyi təklif edib. O bildirib ki, dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da çox təəssüf ki, reklamı qadağan olunan məhsulların bəzi hallarda gizli reklamını görə bilirik. Məsələn, tütün məhsullarının açıq reklamı qadağan olunsa da, amma kifayət qədər gizli reklamını görə bilirik, o cümlədən alkoqollu içkilərin. Millət vəkili Qənirə Paşayeva yeni qanunlayihəsində "alkoqollu içkilərdən ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassələrə malik olması rəyinin formalaşdırılması"nın qadağan ediləcəyini dəstəkləyərək, amma təəssüf ki, bununla bağlı bəzi proqramlarda gizli reklamı da görə bilirik  deyib. Ona görə də reklamı qadağan olunan məhsulların gizli reklam olunması ilə bağlı məsələlərə çox ciddi fikir verməliyik və bunun qarşısını almaq üçün buna yol verənlərin cəzalandırılması qanunda öz əksini birmənalı şəkildə tapmalıdır. Millət vəkili sosial reklamlarla bağlı məsələyə xüsusi diqqət ayıraraq bildirib ki, sosial reklamların dövlət və ictimai yayımçılarla bərabər, özəl yayımçılar tərəfindən də ödənişsiz yayımlanması məsələsi də vacibdir. Əhalinin maarifləndirilməsində sosial reklamların böyük əhəmiyyətindən danışan millət vəkili Qənirə Paşayeva özəl yayımçılar tərəfindən dövlət və ictimai yayımçılar qədər olmasa da, amma onlar da müəyyən bir faiz sosial reklamları ödənişsiz yayımlayarsa, bu, əhali arasında çox ciddi məsələlərlə bağlı təbliğat-təşviqat işlərinin, maarifləndirmənin daha geniş yayılmasına ciddi təkan verə bilər.

Xəbər 1548 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR