Göyərçinlər xərçəng xəstələrinə ümid oldu

Göyərçinlər xərçəng xəstələrinə ümid oldu

Yeni aparılan araşdırmalar göyərçinlərin qeyri-adi xüsusiyyətlərini ortaya çıxarıb.

Aktual.az Publika.az -a istinadən xəbər verir ki, elm adamları göyərçinlərin xərçəng xəstələrini tanıdıqlarını müəyyənləşdiriblər.
Kaliforniya Universitetinin professorlarının apardıqları araşdırma zamanı 8 göyərçinə həkimlərin sadəcə mikroskop vasitəsilə görə bildikləri xərçəngli və sağlam hüceyrələr göstərilib. 15 gün davam edən dərslərdən sonra göyərçinlər iki hüceyrə arasındakı fərqi müəyyənləşdirə biliblər. Onların qoyduqları diaqnozların 85 faizi doğru çıxıb.

Quşların görmə qabiliyyətlərinin insanlardan daha çox inkişaf etdiyini, onların hətta ultrabənövşəyi şüaları da görə bildiklərini deyən alimlər gələcəkdə xərçəng xəstələrinə erkən diaqnozun qoyulmasında göyərçinlərdən faydalana biləcəklərini vurğulayıblar.

Xəbər 729 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR