Myanmarda göydən düşən böyük bir cisim kəndliləri qorxuya saldı.
Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, qorxunc səslə yerə çırpılan cisim 50 metr kənara sıçrayıb. Ekspertlərin fikrinə görə bu, Çinin kosmosa fırlatdığı raketin bir parçasıdır.
Myanmarda mədən sahəsinə düşən metal obyektin uzunluğu 4.5 metr, eni isə 1.2 metrdir.
Xəbər 341 dəfə oxunub.