Göyçayda müəmmalı olay: 15 qaz sayğacı sındırıldı - FOTO

Göyçayda müəmmalı olay: 15 qaz sayğacı sındırıldı   - FOTO

Göyçay rayonunda naməlum şəxslər fərdi yaşayış evlərində quraşdırılan qaz sayğaclarını sındırb, yararsız hala salıblar.

Aktual.az report-a istinadən bildirir ki, rayonun Yekexana kənd sakinlərinin fərdi yaşayış evində quraşdırılan qaz sayğaclarına gecə saatlarında naməlum şəxs və ya şəxslər tərəfindən kəsici və deşici alətlərlə müdaxilə olunub.

Kənd sakinləri dərhal hadisə ilə bağlı Göyçay rayon qaz istismarı idarəsinin əməkdaşlarına məlumat verib. İdarənin əməkdaşları sayğaclara baxış keçirib. Məlum olub ki, sakinlərə məxsus 15 qaz sayğacına ziyan dəyib və onlardan ikisi tamamilə sıradan çıxıb.

Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR