Göyçayda arvad ərini öldürdü

Göyçayda arvad ərini öldürdü

Göyçay rayon sakinini qətlə yetirən şəxsin kimliyi məlum olub.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında rayonun Çərəkə kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evin həyətində meyiti tapılıb.

Onun bıçaq və balta ilə öldürüldüyü bildirilir. Sadiq Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.

Kənd sakinlərinin sözlərinə görə, 4 uşaq anası olan Arzu Musayeva dünən hadisə baş verəndən az sonra Göyçay rayon Polis Şöbəsinə aparılıb və hazırda orada dindirilir.

Onun ərini hansı səbəbdən qətlə yetirdiyi hələ ki məlum deyil. Qonşuların sözlərinə görə, ailədə tez-tez münaqişə baş verib. Sadiq Musayevin çoban olduğu, eyni zamanda, fəhlə kimi çalışdığı bildirilir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

*****

Göyçayda qətl hadisəsi baş verib.

Aktual.az APA-ya istinadan xəbər verir ki, rayonun Çərəkə kənd sakini, 1985-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun meyiti tapılıb. Onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.
 
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil. İki uşaq atası olan Sadiq Məmmədovun çoban kimi fəaliyyət göstərdiyi bildirilir.
 
Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.  
 
 Aktual.az 
Xəbər 1035 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR