Göyçayda növbəti ilansancma hadisəsi qeydə alınıb.
ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şahsoltanlı kəndində baş verib.
Kənd sakini 47 yaşlı Hakim Nuriyev heyvanları otararkən qəflətən onu ilan sancıb. Qardaşı dərhal onu Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırıb, ona zəhərə qarşı zərdab vurulub. Hazırda xəstəxanada müalicə olunan Hakim Nuruyevin vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, bu ay Göyçayda ilansancma ilə əlaqədar 2 nəfər xəstəxanaya müraciət edib.
Xəbər 446 dəfə oxunub.