Göyçay sakini Ukraynada döyülərək öldürüldü

Göyçay sakini Ukraynada döyülərək öldürüldü

Ukraynada yaşayan Göyçay rayon sakini qətlə yetirilib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, ölən şəxs Göyçayın Çaxırlı kənd sakini 1986-cı il təvəllüdlü Məmmədov İlqar Tahir oğludur. O, bir neçə il əvvəl işləmək üçün Ukraynaya gedib, orada kiçik bizneslə məşğul olub. Bir neçə gün əvvəl Kiyevdə yerli sakinlər tərəfindən döyülən T. Məmmədov aldığı xəsarətlərdən ölüb. İ. Məmmədovun öldürülməsinin səbəbi hələlik məlum deyil.

Onun cənazəsi Göyçaya gətirilərək dəfn edilib.

Yerli hüquq-mühafizə orqanları faktı araşdırır.


Aktual.az
Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR