Gürcüstanın müdafiə naziri Ermənistana gedir

Gürcüstanın müdafiə naziri Ermənistana gedir
  • DÜNYA

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli bu gün Ermənistana rəsmi səfər edəcək.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, iki günlük səfər çərçivəsində o, Ermənistan prezidenti Serk Sarqsyan, baş nazir Ovik Abraamyan, parlamentin sədri Qalust Saakyan, müdafiə naziri Seyran Ohanyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək.

Görüşlərdə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinin və gələcək planların müzakirə ediləcəyi gözlənilir.

Səfər fevralın 2-də başa çatacaq.

Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR