Gürcüstanın baş naziri Georgi Kvirikaşvili mayın sonunda Azərbaycana səfər edəcək.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev xəbər verib.
Diplomat bildirib ki, G. Kvirikaşvilinin Bakıya səfəri çərçivəsində Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclası keçiriləcək.
"Hazırda səfərin və iclasın təşkilinə aktiv hazırlıq gedir", - deyə səfir qeyd edib.