Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə görüşüb.
Aktual.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə diplomatik təmsilçilik məlumat yayıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və yaxın dostluq münasibətləri, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Ölkələr arasında iqtisadi, nəqliyyat və enerji tərəfdaşlığının inkişaf perspektivlərinə də diqqət yetirilib. Eləcə də mühüm strateji layihələr müzakirə olunub.
Söhbət zamanı regional vəziyyətə toxunulub, sülh və sabitliyin vacibliyi vurğulanıb.
Xəbər 329 dəfə oxunub.