Gürcüstanda fəaliyyət göstərən "Vahid Neytral Gürcüstan” ictimai hərəkatı siyasi partiya kimi formalaşdığını elan edib.
Aktual.az xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, bu qərar Gürcüstana presedenti olmayan təzyiqlərin və müxalifətin dövlət əleyhinə fəaliyyəti fonunda qəbul edilib.
"Partiyanın təsis qurultayı yaxın vaxtlarda keçiriləcək və biz parlament seçkilərinə hazırlıqlara başlayacağıq”, - bəyanatda deyilir.
Hərəkat hesab edir ki, Gürcüstan neytral status elan etməli, mənəvi, siyasi və iqtisadi cəhətdən tənəzzülə uğramış Avropa İttifaqına qoşulmaqdan imtina etməlidir.
Qeyd edək ki, "Vahid Neytral Gürcüstan” ictimai hərəkatı ötən ilin iyulunda yaradılıb. Təşkilat hökumətyönlülüyü və anti-qərb mövqeyi ilə tanınır.
Xəbər 48 dəfə oxunub.