“Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsindən yüngül avtonəqliyyat vasitələrinin buraxılışına başlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlirlər Xidmətinin Gömrük Departamenti və digər əlaqədar təşkilatlar arasında əldə edilmiş razılığa əsasən 10 avqust 2015-ci il tarixindən Azərbaycan Respublikasının Gürcüstanla sərhədində “Sadıxlı-Mtkvari” sərhəd-gömrük buraxılış məntəqəsindən XİF MN-nın 8703 mal mövqeyi altında sinifləşdirilən yüngül avtonəqliyyat vasitələrinin, həmçinin motosikletlərin, motorollerlərin, mopedlərin və digər bənzər hərəkət vasitələrinin buraxılışına başlanılıb.
Bu istiqamətdə iş rejimi Bakı vaxtı ilə 08:00-dan 20:00-dək müəyyən edilib.