Gürcüstandan Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl-zinət əşyaları gətirmək istəyən Azərbaycan vətəndaşı sərhəddə saxlanılıb.
Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin vergi xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, fevralın 25-də Azərbaycan vətəndaşı gömrük bəyannaməsində qeyd olunmayan 154,17 qram qızıl və almaz qaşla bəzədilmiş 122 ədəd zərgərlik məmulatını Qırmızı Körpü gömrük nəzarət-buraxılış məntəqəsindən keçirmək istəyib. Həmin şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Saxlanılan mallar qiyməti 18169,05 Gürcüstan larisidir.