Gürcüstan-Azərbaycan sərhədində ölüm hadisəsi baş verib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Gürcüstan-Azərbaycan sərhədini keçən, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Abdullayev Füzuli Həmid oğlunun Qazax rayonunun II Şıxlı kəndi ərazisində vəziyyəti pisləşib.
Xəstə təcili tibbi yardım briqadası tərəfindən Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
F. Abdullayev mərkəzdə dünyasını dəyişib.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.