Gürcüstanda qətlə görə 2015-ci ildən axtarılan 1971-ci il təvəllüdlü Şamxan Veçilov saxlanılıb.
Aktual.az APA-ya istinadən xəbər verir ki, saxlanılan şəxs 2015-ci ilin noyabrın 20-də Saqareco bələdiyyəsinin Ləmbəli kəndində şəxsi münaqişə zəminində 1971-ci il təvəllüdlü N. P. adlı şəxsi "Makarov” tipli tapança ilə qətlə yetirib, 1956-cı il təvəllüdlü M. Q. adlı şəxsi isə ağır yaralayıb.
Qətllə nəticələnmiş insidentə pul borcu səbəb olub. Ş. Veçilovu 11 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Aktual.az
Xəbər 809 dəfə oxunub.