Gürcüstanda səsvermə başa çatıb, amma seçkilər bitməyib.
Aktual.az xəbər verir ki, bu sözləri rusiyalı ermənipərəst politoloq Sergey Markedonov deyib.
"Gürcüstan Mərkəzi Seçki Komissiyası nəticələri elan etdi və hətta Qərb müşahidəçiləri ölkədə keçirilən seçkilərin legitimliyini tanıdılar. Amma görürük ki, suallar çoxdur, xüsusən də müxalifət nəticələrlə razılaşmır, oğurlanmış qələbədən danışırlar. Prezident Zurabişvili insanları küçələrə çıxmağa çağırır. Ona görə də izləməliyik, Gürcüstanda seçkilər hələ bitməyib, hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir”, - Markedonov bildirib.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində Gürcü Arzusu Partiyası 53.93 faiz səslə qalib gəlib.
Xəbər 497 dəfə oxunub.