Rusiya Gürcüstanda sabitliyi pozmaq cəhdlərini görür.
Aktual.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Bu, ictimaiyyətə də açıqlanır. Respublikada sabitliyi pozmağa cəhdlər edilir”, - o bildirib.
Peskov qeyd edib ki, Gürcüstanda keçirilən parlament seçkilərinə Rusiyanın heç bir müdaxiləsi olmayıb, bu cür ittihamlar əsassızdır, Moskva onları rədd edir:
"Bu cür ittihamları qətiyyətlə rədd edirik. Bilirsiniz, onlar artıq bir çox ölkə üçün standart xarakter daşıyır: nəsə olan kimi dərhal Rusiyanı müdaxilədə ittiham edirlər. Amma bu, doğru deyil. Heç bir müdaxilə olmayıb və ittiham tamamilə əsassızdır”.
Xəbər 147 dəfə oxunub.