Gürcüstanda parlament seçkiləri öncəsi daha bir müxalifət birliyi yaranıb.
Aktual.az xəbər verir ki, "Axali”, "Droa” və "Girçi – daha çox azadlıq” partiyaları oktyabrda keçiriləcək seçkilərdə birgə iştirak edəcəklərini bəyan ediblər.
Eyni zamanda, "Lelo" partiyası ilə də danışıqlar aparıldığı, lakin razılıq əldə olunmadığı qeyd olunub.
"Axali" partiyasını bir neçə ay əvvəl müxalifətin Vahid Milli Hərəkatının keçmiş lideri Nika Melia və vəkil Saakaşvili, müxalif "Mtavari Arkhi” telekanalının təsisçisi Nika Qvaramiya təsis ediblər.
Qeyd edək ki, "Droa" partiyası 2021-ci ildə Rusiyanın ən qızğın əleyhdarlarından biri olan, atasının müəllif hüquqlarına görə Rusiya Federasiyasından qonorar alan Elene Khoshtaria tərəfindən təsis edilib.
Zurab Caparidzenin "Girçi – daha çox azadlıq” partiyası 2020-ci ildə yaradılıb və həmin il parlament seçkilərində 2,89 faiz səs toplayıb.
Xəbər 218 dəfə oxunub.