Gürcüstanda “Lotu Quli”nin adamları saxlanıldı

Gürcüstanda “Lotu Quli”nin adamları saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) "oğru dünyası”na daxil olan 6 şəxsi saxlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə DİN-nin nümayəndəsi Mamuka Çelidze keçirdiyi brifinqdə bildirib.
Saxlanılan şəxslərdən ikisinin azərbaycanlı, "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovla əlaqəli olduğu müəyyənləşdirilib. 1980-ci il təvəllüdlü B.B və 1981-ci il təvəllüdlü C.O. adlı şəxslər vətəndaşlardan külli miqdarda pul tələb etməkdə günahlandırılır. Həmin şəxslərin evlərində axtarış zamanı onların "oğru dünyası” ilə əlaqəli olmasını sübut edən məlumatın yer aldığı mobil telefonlar müsadirə edilib.

Saxlanılan şəxsləri 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Aktual.az
Xəbər 774 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR