Gürcüstanda kütləvi tədbirlərə qoyulan qadağanı pozanlar cərimələnəcək

Gürcüstanda kütləvi tədbirlərə qoyulan qadağanı pozanlar cərimələnəcək

Gürcüstanda toy, yas mərasimləri, şənliklər və digər bu kimi tədbirlərin təşkilinə qoyulan qadağanın pozulmasına yol verənlər cərimələnəcək.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkə parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin sədri Anri Oxanaşvili bildirib.

Onun sözlərinə görə, 10 nəfərdən artıq şəxsin bir məkanda toplaşmasına qoyulan məhdudiyyətə əməl etməyən fiziki şəxslər 2 min lari (670 ABŞ dolları), hüquqi şəxslər isə 10 min lari (3,4 min ABŞ dolları) məbləğində cərimə olunacaqlar.
Parlament üzvü deyib ki, bu cür pozuntulara təkrar yol verilməsi hallarında cinayət məsuliyyəti nəzərdə tutulur.
A.Oxanaşvili həmçinin qeyd edib ki, ölkədə qapalı ictimai yerlərdə tibbi maska taxmayan və ya həmin qoruyucu ləvazimatdan düzgün qaydada istifadə etməyən şəxslərə qarşı 20-30 lari (7-10 ABŞ dolları) arasında cərimənin tətbiqi müzakirə olunur.
Qanunverici orqan cərimələr haqqında qərarı bu həftə ərzində qəbul edəcək.  
Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR