Gürcüstanda daha 24 nəfərə koronavirus diaqnozu qoyulub.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 296 nəfərə çatıb. Onların 68-i sağalıb, 3-ü isə ölüb.
Karantində 4 834, stasionar nəzarətdə isə 434 nəfər saxlanılır.
Xəbər 441 dəfə oxunub.