Gürcüstan həbsxanalarında 103Azərbaycan vətəndaşı saxlanılır.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin may ayı üzrə hesabatında bildirilib.
Qonşu ölkədə müxtəlif cinayət əməllərinə görə cəza çəkən Azərbaycan vətəndaşlarının sayı ötən ayla müqayisədə 3 nəfər azalıb.
Gürcüstanda ittiham olunan Azərbaycan vətəndaşlarının sayı 13 nəfər təşkil edir. Onların 8-i kişi, 5-i isə qadındır. Məhkumluq həyatı yaşayan Azərbaycan vətəndaşlarının sayı isə 81 kişi, 9-u qadın olmaqla 90 nəfərdir.
Qonşu ölkədə probasiya nəzarətində olan25 Azərbaycan vətəndaşı da var. Onların 23-i kişi, 2-si qadındır.
Xəbər 234 dəfə oxunub.