Gürcüstanda eynicinsli nikahlarla bağlı referendumun keçirilməsi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, referenduma çıxarılacaq məsələnin təşəbbüs qrupu 7 nəfərdən ibarətdir.
Ölkə vətəndaşlarının cavablandıracağı suallar isə bu şəkildə veriləcək:
“Gürcüstanda eynicinslilər arasında nikah bağlanmasını istəyirsiniz, ya yox?”.
Referendumun keçiriləcəyi tarix hələ açıqlanmayıb.