Gürcüstanda əhali küçələrə axışdı

Gürcüstanda əhali küçələrə axışdı
  • DÜNYA

Gürcüstanın keçmiş prezidenti, Ukraynada Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvilinin "Vahid milli hərəkat" partiyası bu gün Gürcüstan hökumətinin "Qazprom"la əməkdaşlığı ilə bağlı etiraz aksiyası keçirib.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, partiya üzvləri Energetika Nazirliyinin qarşısına toplanıblar. Piket zamanı yaxınlıqdakı körpüyə "Qazprom" əleyhinə plakatlar asmaq istəyən piket iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Aksiya zamanı "Qazproma" yox!" şüarları səsləndirilib.

Qeyd edək ki, Gürcüstan hökumətinin "Qazprom"la apardığı gizli danışıqlar müxalifətin etirazına səbəb olub. Müzakirə predmeti "Qazprom" tərəfindən Gürcüstana nəql olunan qazın həcminin artırılmasıdır. Gürcüstan müxalifəti iddia edir ki, danışıqlar ölkənin enerji sisteminin müstəqilliyinə təhlükə yaradır.

Hökumət rəsmiləri isə bildirir ki, SOCAR Gürcüstanın qaza olan tələbatını ödəmək iqtidarında deyil.

Xəbər 393 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR