Gürcüstanda son 2 ayda yanacağın qiymətində artım müşahidə olunur.
Aktual.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosu Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadla məlumat yayıb.
Qeyd edilir ki, yanacağın qiyməti orta hesabla 10 tetri bahalaşıb. Oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.
Gürcüstanda yanacağın artması dünya bazarında neftin qiymətinin artması, dollar və avronun milli valyuta olan lariyə qarşı bahalaşması ilə əlaqələndirilir.
Aktual.az
Xəbər 357 dəfə oxunub.