Gürcüstanda azərbaycanlının evinə doludağıdan top mərmisi düşdü

Gürcüstanda azərbaycanlının evinə doludağıdan top mərmisi düşdü
  • DÜNYA

Müdafiə Nazirliyi dəymiş ziyanı ödəyəcək.

Gürcüstanın Müdafiə Nazirliyi Kaxetiya regionunda Qabal kəndində evinə doludağıdan top mərmisi düşmüş ailəyə dəymiş ziyanı ödəyəcək. 

Aktual.az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir. 

İnsident doludağıdan top mərmisi ilə atəş açılan zaman baş verib. Evə top mərmisi düşəndən sonra yanğın başlayıb, lakin heç kəs xəsarət almayıb. Evin damı yanıb, evin divarlarında çatlar əmələ gəlib. 

“Müvafiq qurumlar baş vermiş hadisənin səbəblərini araşdırırlar və konkret məsul şəxsin məsələsinə baxılacaq.  Gürcüstanın Müdafiə Nazirliyi “Delta” hərbi elmi-texniki mərkəz tərəfindən dəymiş ziyanı tam ödəyəcək”, - məlumatda deyilir.  

Gürcüstanın Müdafiə Nazirliyinin “Delta” hərbi elmi-texniki mərkəzinin dolu əleyhinə sistemi 2015-ci ilin baharında quraşdırılıb. 

Qeyd edək ki, APA-nın məlumatına əsasən, top mərmisinin düşdüyü ev kənd sakini Nadir Aslanova məxsusdur. 

Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR