Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərdə koronavirus müayinəsi aparılır

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərdə koronavirus müayinəsi aparılır

Gürcüstanın Qardabani rayonunda azərbaycanlıların yaşadığı Qaracalar və Qaratəhlə kəndində əhalinin kütləvi koronavirus testindən keçirilməsinə başlanılıb.
"Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı epidemioloqlardan ibarət 6 qrup kəndlərə ezam olunub.
Bu gün 700-ə yaxın şəxsin PCR testindən keçirilməsi nəzərdə tutulub.
Qaracalar və Qaratəhlə kəndlərinin koronavirusun yayılmasının yüksək riski ilə bağlı təcrid olunub-olunmayacağı barədə bu gün qərar veriləcək.
Qeyd edək ki, indiyədək Qardabanidə 23 nəfərdə COVID-19 aşkarlanıb. Yoluxma hallarının 14-ü Qaracalar kəndində qeydə alınıb. Üç nəfərin yoluxma mənbəyi hələ məlum deyil. 60 nəfər karantinə yerləşdirilib.  
Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR