Gürcüstanın Marneuli rayonunda 15 yaşlı azərbaycanlı qız ölüb.
Aktual.az report-a istinadən bildirir ki, Z.Q. adlı yeniyetmə hamam otağında qaz sızmasından boğularaq dünyasını dəyişib.
Valideynləri qızı dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.