Gürcüstanın Marneuli rayonunun Keşəli kəndində 20 yaşlı gənc Kür çayında boğularaq ölüb.
"Report”un yerli bürosu xəbər verir ki, azərbaycanlı gənc çayda üzə bilsə də, sahilə çıxa bilməyib.
Faktla bağlı istintaq aparılır.
Kürün Tbilisidən keçən hissəsində də bədbəxt hadisə baş verib. Kvemo Poniçala qəsəbə sakini olan iki yeniyetmənin çayda itdiyi məlum olub. Xilasedicilər hər iki uşağı tapsalar da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Xəbər 621 dəfə oxunub.