Gürcüstanda 110 polis xəsarət aldı

Gürcüstanda 110 polis xəsarət aldı
  • DÜNYA

Tiflisdə parlament qarşısında etiraz aksiyaları zamanı bir neçə gün ərzində 110-dan çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
Aktual.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşləri Nazirliyi məlumat yayıb.
"Ümumilikdə etirazlar zamanı DİN-in 113 əməkdaşı xəsarət alıb, onlardan dördü hələ də klinikadadır”, - məlumatda deyilir.
Qeyd edək ki, 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlüklə bağlı danışıqların 20208-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra Tiflisdə aksiyalar keçirilir.
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR