Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti futbol oyunlarının nəticəsinin manipulyasiyası şübhəsi ilə 11 nəfəri həbs edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, danışılmış oyunların təşkilatçısı olmaqda ittiham edilənlərdən 8-i hazırda futbolçu karyerasını davam etdirir, 3-ü isə karyerasını başa vurub. Sabiq oyunçulardan C.Vaxtanq, Ç.Laşa və D.Nika həbs olunub.
Futbolçulardan isə "Çiatura"dan X.İrakli, "Yançxuti Quriya"dan İ.Rober ilə B.İrakli, "Vit Corciya" komandasından isə Ş.Coni, G.Georgi, M.Nikoloz, Q.Pata və K.Nodar saxlanılıb.
Bildirilir ki, istintaq mütəşəkkil cinayətkar qrup üzvlərinin futbol klubları və oyunçularla əlaqə qurduğunu, müəyyən miqdar qarşılığında matçların nəticələrinin əvvəlcədən razılaşdırdıqlarını təsbit edib.
Nazirliyin məlumatına görə, "satılan oyunlar" üçün qrup üzvləri 93.5 min lari (təxminən 34 min dollar) alıb. Tutulan şəxslərə 4 ildən 7 ilə qədər həbs cəzası verilə bilər.Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti futbol oyunlarının nəticəsinin manipulyasiyası şübhəsi ilə 11 nəfəri həbs edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, danışılmış oyunların təşkilatçısı olmaqda ittiham edilənlərdən 8-i hazırda futbolçu karyerasını davam etdirir, 3-ü isə karyerasını başa vurub. Sabiq oyunçulardan C.Vaxtanq, Ç.Laşa və D.Nika həbs olunub.
Futbolçulardan isə "Çiatura"dan X.İrakli, "Yançxuti Quriya"dan İ.Rober ilə B.İrakli, "Vit Corciya" komandasından isə Ş.Coni, G.Georgi, M.Nikoloz, Q.Pata və K.Nodar saxlanılıb.
Bildirilir ki, istintaq mütəşəkkil cinayətkar qrup üzvlərinin futbol klubları və oyunçularla əlaqə qurduğunu, müəyyən miqdar qarşılığında matçların nəticələrinin əvvəlcədən razılaşdırdıqlarını təsbit edib.
Nazirliyin məlumatına görə, "satılan oyunlar" üçün qrup üzvləri 93.5 min lari (təxminən 34 min dollar) alıb. Tutulan şəxslərə 4 ildən 7 ilə qədər həbs cəzası verilə bilər.
Xəbər 440 dəfə oxunub.