Gürcüstana verilən Rusiya qazı artırıla bilər

Gürcüstana verilən Rusiya qazı artırıla bilər
  • DÜNYA

Gürcüstana tədarük olunan Rusiya qazının ümumi həcmi 12 faizdən 20 faizədək artırıla bilər.

Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze "Rustavi-2" telekanalına müsahibəsində "Qazprom" nümayəndələri ilə  görüşlərin təfərrüatlarını açıqlayarkən bildirib.   

"Bu gün biz Rusiyadan tədarük etdiyimiz qazın həcmi 12 faiz təşkil edir, razılaşmaya nail olunacağı təqdirdə biz ehtiyac yarandıqda əlavə həcmlər əldə edə biləcəyik və belə olan  halda  bu göstərici təxminən 20 faizədək artırıla bilər. Sözsüz ki, bu müvəqqəti olacaq. Söhbət bir illik müddətə imzalanacaq sazişdən gedir", deyə Kaladze qeyd edərək, "Qazprom"la imzalanmış əvvəlki sazişin müddətinin 2015-ci ilin dekabrın 31-də başa çatdığını və yeni müqavilənin hələ gə imzalanmadığını  xatırladıb.    

Nazir Gürcüstanın qaz çatışmazlığı ilə üzləşdiyini qeyd edib: "Azərbaycan bizim strateji tərəfdaşımız olaraq qalmaqdadır, lakin onun texniki səbəbdən Gürcüstana  daha çox həcmdə qaz tədarük etmək imkanı yoxdur, çünki boru xətti faktiki olaraq buna imkan vermir".

Nazirin sözlərinə görə, son görüşlərdə  Rusiya tərəfi Gürcüstandan yanacağın Ermənistana tranzit olunmasına görə qazın əvəzinə pul kompensasiyası almasını tələb edib. Kaladze qeyd edib ki, Rusiyanın Ermənistan bazarını başqa tranzitlə təmin etmək və Gürcüstanı tranzit ölkə statusundan məhrum etmək üçün  bütün imkanları var: "Bu Gürcüstanın maraqlarına ziddir, və Tiflis məhz bu səbəbdən tranzit koridor funksiyasını hər cür  qoruyub saxlamağa çalışır".    

"Müvafiq həcmdə təbii qazımız olmasa (tranzit koridor funksiyası itiriləcəyi təqdirdə - red.) stansiyaları dayandırmalı, Rusiyadan əlavə elektrik enerjisi almalı olacağıq, bu isə əlavə xərclərə gətirib çıxaracaq. Bu, son nəticədə, tariflərə təsir edəcək və vətəndaşlarımız daha çox ödəniş etməli olacaqlar", deyə nazir əlavə edib.     

Kaladze "Qazprom" nümayəndələri ilə növbəti  görüşün yanvarın 20-də Vyanada keçiriləcəyini bildirərək, görüşdən Gürcüstanın maraqlarına cavab verən sazişlə qayıdacağına ümid etdiyini bildirib.  

Qeyd edək ki, Gürcüstan müxalifəti və ekspertlər Kaxa Kaladzeni tənqid edərək, "Qazprom"la əməkdaşlığın Gürcüstanın enerji müstəqilliyinin itirilməsinə gətirib çıxaracağından  ehtiyatlanırlar. Tiflisdə hökumətin "Qazprom"la danışıqlara son qoyması tələbi ilə mütəmadi etiraz aksiyaları keçirilir.

Qeyd edək ki, Azərbaycan Gürcüstanı qazla təchiz edən əsas idxalçıdır. Hazırda Gürcüstan Ermənistana tədarük olunan Rusiya qazının ümumi həcminin 12 faizini tranzit haqqı qismində alır. Ölkə Rusiya qazının satın alınmasını 2007-ci ildən dayandırıb.

Xəbər 258 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR