Gürcüstanda ərzaq malları və alkoqolsuz içkilərin qiymətləri 1,4% artıb.
Aktual.az Report-a istinadən bildirir ki, bu barədə ölkənin Milli Statistika Xidmətinin məlumatda deyilir.
İyul ayı ilə müqayisədə avqustda qiymətlər nəqliyyat sahəsində (0,3%), mebel, ev əşyaları, evə qulluq (0,1%), istirahət, əyləncə və mədəniyyət sahəsində (0,9%), mehmanxana, kafe və restoranlar xidməti sahəsində (0,2%) artıb, eləcə də digər mallar və xidmətlər 0,3% bahalaşıb.
Avqust ayında Gürcüstanda inflyasiya 0,4% təşkil edib.