Gürcüstanın xarici işlər naziri Mixail Canelidze martın 24-25-də Ermənistana rəsmi səfər edəcək.
Akual.az report-a istinadən bildirir ki, səfər Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dəvəti ilə baş tutacaq.
Səfər zamanı Mixail Canelidzeni Ermənistanın prezidenti Serj Sarqsyan qəbul edəcək. Eyni zamanda Gürcüstan XİN başçısının Ermənistanın baş naziri Ovik Abramyanla görüşü də planlaşdırılır. Martın 25-də isə Gürcüstan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək. Bu görüşdən sonra Nalbandyan və Canelidze birgə mətbuat konfransı təşkil edəcəklər.