“Belə qərarlar 2-3 ay vaxt aparır”.
Avropa Komissiyası Gürcüstan ilə vizasız rejimin tətbiqini dəstəkləyib və yayın əvvəllərində Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsi barədə son qərarın veriləcəyini gözləyir.
Aktual.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bu barədə miqrasiya və vətəndaşlıq üzrə Avrokomissar Dimitris Avramopulos Brüsseldə bəyan edib.
Dimitris Avramopulos bildirib ki, Ukrayna vətəndaşları üçün isə vizasız rejim bir ay gec tətbiq olunacaq.
O, prosesin işə salındığını qeyd edərək, belə qərarların 2-3 ay müddətinə qəbul edildiyini əlavə edib.