Gürcüstan prezidenti Georgi Marqvelaşvili ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı, general-leytenant Fredrik Ben Xocesi “Qızıl örtük” ordeni ilə təltif edib.
Musavat.com-un gürcü qaynaqlarına istinadən verdiyi xəbərə görə, general bu mükafata “respublikanın Avroatlantik məkana inteqrasiyasında şəxsi töhfəsinə görə” layiq görülüb.
“Mənim üçün bu mükafatı ABŞ-ın yaxın münasibətlərdə olduğu Gürcüstanın prezidentinin əlindən almaq böyük şərəfdir. Həmçinin, mənimçün Avroinetqrasiya yolunda Gürcüstanın tərəqqisini görmək də şərəfdir” – deyib general.
“Qızıl ötrük” ordeni Gürcüstan qarşısında xidmətlərinə görə əcnəbilərə verilir.
Aktual.az