Gürcüstan pandemiyaya görə 588 milyon dollar itirib

Gürcüstan pandemiyaya görə 588 milyon dollar itirib

"Gürcüstan koronavirus pandemiyasına görə 1 milyard 800 milyon laridən (588 milyon ABŞ dolları) çox zərərlə üzləşib”.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin maliyyə nazirinin müavini Giorgi Kakauridze parlamentdə komitə iclasında bildirib.
O deyib ki, ən böyük itki 1 milyard 545 milyon lariyə yaxın olmaqla vergi daxilolmaları ilə bağlıdır.
Nazir müavini pandemiya səbəbindən builki dövlət büdcəsinin 800 milyon lari azaldıldığını qeyd edib. 
Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR