Metsamor Atom Elektrik Stansiyası region ölkələrini ciddi narahat etməyə başlayıb. Sözügedən stansiyadan çıxarılan nüvə tullantılarının terror təşkilatlarına satılması faktı qonşu Gürcüstanda təşvişə səbəb olub.
Gürcüstan rəsmiləri mətbuat vasitəsilə Metsamorun fəaliyyətinin dərhal dayandırılmasını tələb edirlər.
Aktual.az bildirir ki, Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Mahir Dərziyev azvision.az-a deyib ki, rəsmi Tbilisi "Metsamor" AES-in bağlanması ilə bağlı təklifləri dəstəkləyir.
Deputatın sözlərinə görə, indiyədək bir neçə dəfə Gürcüstan ərazisində nüvə tullantılarının satışını həyata keçirmək istəyən Ermənistan vətəndaşları həbs olunublar.
"Metsamor AES dünya üçün böyük təhlükədir. Bu stansiyanın fəaliyyətinin dayandırılması ilə bağlı ciddi işlər görülməli, dünya ölkələrinə Metsamorun təhlükəsini göstərmək lazmdır. Gürcüstan xalqı bu məsələdə çox həssasdır. Onlar ekoloji problemləri, AES-in törədəcəyi fəlakəti dəqiqliyi ilə bilsələr, mütləq Azərbaycana dəstək olacaqlar. Hesab edirəm ki, Metsamorun bağlanması istiqamətində region ölkələr səylərini davam etdirməlidir".
Gürcüstan parlamentinin digər azərbaycanlı deputatı Əli Məmmədov də Metsamor-un bölgə üçün təhlükə saçdığını bildirib. Onun fikrincə, Metsamor AES-in binasında çatların olması, istismar müddətini başa vurması ilə bağlı məsələlər uzun illərdir müzakirə olunur.
Deputat bildirib ki, Gürcüstanda Metramorun-bağlanması ilə bağlı məsələ dəfələrlə gündəmə gətirilib, beynəlxalq təşkilatlara müraciət olunub. Amma buna baxmayaraq, ciddi bir reaksiya verilməyib.
"Bu məsələni qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar vasitəsilə yenidən gündəmə gətirəcəyik. Gürcüstan hökuməti "Metsamor" AES-in fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycana dəstək olacaq. Bu, təkcə Azərbaycanın deyil, həm də Gürcüstanın problemidir
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov da həmkarının fikirlərini dəstəkləyib. Bildirib ki, Metsamor ən qısa vaxtda bağlanmalıdır.
"Təəssüflər olsun ki, bu gün Gürcüstan hökumətində ermənipərəst məmurlar var. Onlara Metsamorun fəaliyyəti sərf edir. Bu, ermənilər və dostlarının əlində böyük silahdır.
Gürcüstan rəsmiləri də gözəl başa düşürlər ki, Metsamor AES Qafqaz üçün böyük təhlükədir. Əfsuslar olsun ki, Rusiya və bir çox dövlətlər tərəfindən AES Türkiyə və Azərbaycanı təhdiq etmək üçün istidafə olunur. Təbii ki, həmin AES-dən çıxarılan nüvə materilları "qara bazar"a çıxarılır, terror təşkilatlarına satılır. Metsamor-un fəaliyyətinin dayandırılması ilə bağlı bütün dünya, beynəlxalq ictimaiyyət ayağa qalxmalıdır".