Gürcüstanda baş nazir İrakli Qaribaşvilinin istefaya gedəcəyi barədə məlumatlar yayıb.
Aktual.az xəbər verir ki, APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, hökumətin mətbuat xidmətində bu xəbəri təsdiqləməsələr də, “Gürcü arzusu” fraksiyasının üzvü, deputat Georgi Volski İ. Qaribaşvilinin mümkün istefası ilə bağlı müzakirələrin aparıldığını təsdiq edib.
“Bu məsələ müzakirə olunur. Lakin biz tələsik bəyanatlar verməməliyik”, - deyə o vurğulayıb.
İ. Qaribaşvilinin istefasından sonra baş nazirin səlahiyyətlərinin müvəqqəti olaraq xarici işlər naziri Georgi Kvirikaşvilinin icra edəcəyi güman olunur. Gürcü mətbuatı G. Kvirikaşvilini “İvanişvilinin adamı” kimi təqdim edir.