Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 594,4 ton çay idxal edib.
Bu barədə "Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
İdxal edilən çayın dəyəri 3,7 mln dollar təşkil edib.
İllik müqayisədə qonşu ölkənin Azərbaycandan tədarük etdiyi çayın həcmi 97,4 ton, dəyəri isə 23,9% artıb.
Hesabat dövründə Gürcüstandan Azərbaycana 199 ton çay ixrac olunub ki, bu da illik müqayisədə 43,6 ton çoxdur.
Xəbər 773 dəfə oxunub.