Gürcüstan, Azərbaycan və Türkiyənin növbəti burgə hərbi təlimlərinin vaxtı bilindi

Gürcüstan, Azərbaycan və Türkiyənin növbəti burgə hərbi təlimlərinin vaxtı bilindi

Gürcüstan, Azərbaycan və Türkiyə arasında növbəti birgə hərbi təlimlər keçiriləcək.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hərbi təlimlər iyunun 4-14-dək Gürcüstanda baş tutacaq.
Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, "Qafqaz qartalı” adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək.
Təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır.
Qeyd edək ki, bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib.
Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib.
 
Aktual.az
Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR