Gürcüstan polisi Tiflisdə parlament binasına gedən küçələri tamamilə bağlayıb.
Aktual.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Daxili İşlər Nazirliyinin əməkdaşları, o cümlədən xüsusi təyinatlılar parlament binasının hər iki tərəfində, eləcə də onun arxasındakı parkda yerləşdirilib. Media nümayəndələri hələlik binaya buraxılmır”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün saat 12:00-da Gürcüstanın XI çağırış parlamentinin ilk sessiyası müxalifətsiz keçiriləcək. 26 oktyabr seçkilərində qalib gələn Gürcü Arzusunun qazandığı mandat (89 mandat qazanıb, Gürcüstan parlamenti 150 deputatdan ibarətdir) parlamentin fəaliyyətə başlaması üçün kifayət edir.
Ölkə müxalifəti şənbə günü keçirilən mitinqdə vətəndaşları bu gün Tiflisdə toplaşmağa və iqtidar deputatlarının noyabrın 25-də ilk iclasını keçirməsinin qarşısını almaq üçün parlamentə doğru yürüş təşkil etməyə çağırıb. Etirazçılardan bəziləri isə parlament önündə çadırlar quraraq, gecəni meydanda qalıb.
Xəbər 58 dəfə oxunub.