Gürcü nazir Bakıya təkliflə gəlir

Gürcü nazir Bakıya təkliflə gəlir

Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin Bakıya fevralın 29-da planlaşdırılan səfəri çərçivəsində iki ölkə qaz idxalı ilə bağlı əməkdaşlığın yeni prinsiplərinə dair razılığa gələ bilər.

Aktual.az bildirir ki, report-un "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan energetika nazirinin müavini Mariam Valişvili deyib.

Nazir müavini qeyd edib ki, K.Kaladze Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında iştirak edəcək.

Onun sözlərinə görə, Azərbaycanla müqavilənin müəyyən şərtlərinin yenidən nəzərdən keçirilməsi üçün işlər aparılır: "Bura qiymət, qiymət siyasəti, nəqlin həcmi, eyni zamanda texniki detallar daxildir. İşçi qrupları optimallaşdırma ilə bağlı iş aparır və artıq müəyyən nəticələr var. Ümid edirik ki, energetika nazirinin Bakıya səfəri çərçivəsində tərəflər gələcəkdə işlərin hansı istiqamətdə davam etdirilməsi prinsipləri üzrə razılığa gəlinəcək".

M.Valişvili, həmçinin qeyd edib ki, Ermənistana nəql olunan Rusiya qazının Gürcüstan ərazisindən tranzitinə görə ödənişin forması ilə bağlı "Qazprom" şirkəti ilə danışıqlar yekun nəticə əldə olunana qədər davam edəcək: "Biz dünya təcrübəsində də olan pulla kompensasiyaya qarşı deyilik. Amma bu onun hansı məbləğdə olmasından asılıdır".

Xəbər 541 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR