Gürcüstan Baş naziri İrakli Kobaxidze böhranı həll edə bilmədiyi üçün istefa verməlidir.
Aktual.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Birinci kanalına müsahibəsində deyib.
"Böhranı həll edə bilməyən baş nazir dəyişdirilməlidir və o baş nazir istefa verən kimi mən iki həftəyə seçki təyin etməliyəm. Bu kompromisdir, depolarizasiyadır, Gürcüstan üçün çıxış yolu, sabitlik, sülh, azad və demokratik gələcəkdir”, - Zurabişvili bildirib.
Onun sözlərinə görə, Gürcü Arzusu Saakaşvili dövründən də pis olub:
"Gürcü Arzusunun bir arzusu var: onların yeganə rəqibi həmişə Mişa olsun. Bu gün Gürcü Arzusu Saakaşvilinin dövründə olduğundan daha pis olub. Onlar hər şeyi təkrarladılar və Saakaşvilinin dövründə olmayan yeganə şeyi - Rusiya, avtoritarizm, təkpartiyalı sistem, seçki saxtakarlığı, insan hüquqlarının pozulması əlavə edildi”.
Xəbər 245 dəfə oxunub.