Gürcüstanın hakim "Gürcü Arzusu” partiyası BBC telekanalına qarşı məhkəmə iddiası hazırlayır.
Aktual.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
O, artıq vəkillərin iddia üzərində işlədiyini qeyd edib.
"İddianın hazırlanması üçün Britaniya tərəfinin hüquqi yardımından da istifadə olunacaq. Biz BBC-nin yalanının ifşa olunması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcəyik”, - spiker əlavə edib.
Qeyd edək ki, BBC-nin bu yaxınlarda yayımladığı süjetdə 2024-cü ildə Tbilisidə keçirilən aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərli kimyəvi maddələrdən istifadə olunduğu iddia edilib. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti materialla bağlı dərhal istintaqa başlayıb və ötənilki iğtişaşlar zamanı qadağan edilmiş hər hansı bir maddənin tətbiq olunmadığını sübuta yetirib.
Xəbər 72 dəfə oxunub.