Güneyin Milli Dövlətçilik Şurası qətnamə qəbul etdi

Güneyin Milli Dövlətçilik Şurası qətnamə qəbul etdi

Güney Azərbaycan Milli Dövlətçilik Şurası 7 may 2023-cü il tarixində keçirdiyi təsis yığıncağında qəbul etdiyi qətnamənin mətnini yayıb.
Aktual.az xəbər verir ki, bu barədə Güney Azərbaycan Milli Dövlətçilik Şurasının İdarə Heyəti məlumat verib.
Qətnamədə bildirilir:
1. Güney Azərbaycan milli hərəkat fəallarının bundan sonrakı mərhələdə fəaliyyətlərinin daha mütəşəkkil olmasını və təşkilatlanmanın bütün sahələrdə genişləndirilməsini zəruri hesab edirik.
2. Güney Azərbaycanda qadın hüquq və azadlıqlarını rəsmən tanınan azad bir cəmiyyətin qurulmasını milli mücadiləmizin ayrılmaz tərkib hissəsi olaraq qəbul edirik.
3. Milli dövlətçilik uğrunda aparılan mübarizəmizdə müasir imkanlardan faydalanmaqla, Azərbaycan gənclərin milli-mədəni və siyasi fəaliyyətlərinin genişləndirilməsini, onların əsas aparıcı güc olaraq rolunun artırılmasını vacib hesab edirik.
4. Milli dövlətçiliyimizin bərpası doğrultusunda Güney Azərbaycan Milli Azadlıq Hərəkatının milli-mədəni və siyasi istəklərini dünya ictimaiyyətinə çatdırmaq və onların dəstəyini qazanmaq üçün milli-demokratik qüvvələri lobbiçilik istiqamətində fəalliyyətlərini gücləndirməyə çağırırıq.
5. Biz MDŞ olaraq, Güney Azərbaycana qarşı fars-irançı mərkəzli siyasi rejimin apardığı kültürəl soyqırım siyasətinin, talan edilən yeraltı və yerüstü sərvətlərimiz, həmçinin, ətraf mühitlə bağlı aparılan məqsədyönlü çevrə terrorizminin yaratdığı sorunların bütün milli qurum və təşkilatlarımızın fəaliyyətinin mərkəzində yer almasını önəmli sayır, bu sorunların gündəmə gətirilməsi və həlli məqsədilə müxtəlif tədbirlərin keçirilməsini, beynəlxalq qurumların və mətbuatın gündəmində saxlanılmasını fəaliyyətimizin əsas istiqaməti hesab edirik.
Qeyd edək ki, Güney Azərbaycan Milli Dövlətçilik Şurasının (MDŞ) təsis toplantısı mayın 7-də keçirilib. Toplantıda ABŞ, Avstraliya, Kanada, Türkiyə, Azərbaycan Respublikası və Avropanın müxtəlif ölkələrindən nümayəndələr iştirak edib. Bir illik müzakirələrdən sonra təsis edilən Güney Azərbaycan Milli Dövlətçilik Şurasının 12 nəfərdən ibarət idarə heyəti seçilib.
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR