Güneydə yanğınsöndürənlər etiraz aksiyası keçirdi

Güneydə yanğınsöndürənlər etiraz aksiyası keçirdi
  • DÜNYA

Güney Azərbaycanın Zəncan şəhərinin yanğınsöndürənləri etiraz aksiyası keçiriblər.
Aktual.az xəbər verir ki, bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.
Zəncan şəhərinin bələdiyyəsi binası qarşısına toplaşan narazılar əmək haqlarının az olmasına, başqa qanuni tələblərinin yerinə yetirilməməsinə etiraz ediblər.
Azərbaycanlı yanğınsöndürənlər Tehranla başqa əyalətlər arasında əmək haqlarında olan kəskin fərqin bölgələrdəki işçilərə qarşı ayrı-seçkilik olduğunu bildiriblər.
Zəncan bələdiyyəsinin yanğından mühafizə və təhlükəsizlik xidmətlərinin rəisi Əmir Fəzli paytaxtla Zəncan yanğınsöndürənlərinin əmək haqlarının fərqli olduğunu təsdiqləyib.
"Əmək haqlarının müəyyənləşdirilməsi məsələsində Tehranın öz qaydaları var və biz bu məsələdə heç nə edə bilmərik”, - o qeyd edib.
Xəbər 117 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR