“Günəşli”yə ABŞ mütəxəssisləri gətirildi

“Günəşli”yə ABŞ mütəxəssisləri gətirildi

“Günəşli” yatağının 10-cu platformasında baş verən qəza zamanı itkin düşən neftçilərin axtarışları davam etdirilir.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.

Qurumdan bildirilib ki, bu gün səhər saatlarından uzaq məsafə üzrə Dövlət Sərhəd Xidmətinin (DSX) 3 gəmisi axtarışlara başlayıb: “Yaxın məsafə üzrə isə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 1 kateri sahilboyu axtarışları davam etdirir”. Birlikdən hələ də axtarışlar zamanı tapılanın olmadığı deyilib: “Hələ ki, axtarışların heç bir nəticəsi yoxdur”.

Qurumdan o da qeyd olunub ki, hələ də yataqda davam edən yanğın söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi cəlb olunub: “Yanğının söndürülməsi üçün həmçinin nazirliyin 2 gəmisi ehtiyatda gözləmə mövqeyindədir. Eyni zamanda quyularda yanğının söndürülməsi üçün ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları artıq quraşdırılıb. Demək olar ki, hazırlıq prosesi tamamlanmaqdadır”.

Qeyd edək ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR